Qərbi Azərbaycan toy adətləri

Qərbi Azərbaycana Qayıdış Bizim Haqq İşimizdir!

 

Zəhra Allahverdiyeva, “Ədəbiyyat və İncəsənət”

 

“Şax bəzəmə" adəti - bu adət Qərbi Azərbaycan nahiyələrində, Türkiyənin şərq bölgələrində (xüsusilə Qars və Tokat, Amasya, Ağrı, Muş və Ərdahan kimi vilayətlər) və Naxçıvan şəhərində geniş yayılmış adətdir. 

 

Kralın devrilməsi kimi də tanınan “şah bəzəyi” ənənəsi 17-ci əsrə gedib çıxır. Toy günü kişinin evində “Şax" hazırlanıb bəzədilir. Üzərinə alma, konfet, şokolad kimi hər cür şey, ağlına gələn quru yemək yerləşdirilir. Şaxın üstündə asılan şeylər ağıza şirin dad, bolluq və şirinlik gətirmək məqsədi ilə edilir. 

Bəy isə hazırlanmış şax ağacını başının üzərinə qaldıraraq nağara və tütəklərin müşayiəti ilə təqdim edir və sonra bəylə gəlini şadlıq evinə aparırlar. 

Əvvəllər şaxın üzərinə o qədər şey asırdılar ki, onu daşımaq çox çətin olurdu. Bunu da qeyd edim ki, bu adət hələ də davam edir.  Təəssüf ki, indi o qədər çox şirinlik ərzaq qoyulmur. 

Bəyin gəlinin başına alma atma adəti - burada toy günü gəlin evdən çıxarkən bəy damın üzərinə çıxardı. Sonra isə gəlinin başına alma atardı. Gəlin çox vaxt ziyan zədə gəlməsin deyə başının üstündə sini tutardı. İndi isə gələk bu adətin səbəbinə. Bəyin gəlinin başına alma atmağının səbəbi gəlinin gəldiyi ocağa xeyir və bolluq gətirməsidir. Beləliklə gəlinin dünyaya gətirdiyi övladın da xeyirli olacağına inanılırdı. 

Gəlin evdən çıxarkən arxası ilə konfet  atardılar. Bu isə getdiyi ocağa bolluq bərəkət gətirsin deyə idi.

Bunu da qeyd etmək lazımdır ki, Qərbi Azərbaycan toylarının xüsusi yallısı da var . Və bu adət hələ də davam edir. Demək olar ki, yallı rəqsi Qərbi Azərbaycan toylarının bəzəyidir.

 

“Ədəbiyyat və incəsənət”

(26.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.