TƏQVİMİ VƏRƏQLƏYƏRKƏN: ilk Pulitser alan qadın yazıçı Edit Vartonun doğum günüdür Featured

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Edit Varton 24 yanvar 1862-ci ildə Amerikada anadan olmuş qadın yazıçıdır. O, bir çox roman və hekayələr yazmışdır. Ən tanınan romanı 1920-ci ildə qələmə alınmış “Məsumiyyət Çağı” ( The Age Of İnnocence ) adlı romandır. 

 

Bu roman 1921-ci ildə Kolumbiya Universiteti tərəfindən Pulitser mükafatı ilə təltif olunmuşdur. Varton bu nüfuzlu mükafata layiq görülmüş ilk qadın yazıçı kimi tarixə düşmüşdür. 

O, həmçinin "Bunner Bacıları" adlı digər bir romanın da müəllifidir. 

1911-ci ildən sonra həyatını daha çox Fransada davam etdirən E. Varton 1-ci dünya müharibəsi vaxtı müxtəlif yardım fəaliyyətləri səbəbi ilə Fransa dövləti tərəfindən mükafatlandırılmışdır. Henri Ceyms, Andre Jid, Ernest Heminquey və dövrün bəzi yazıçıları ilə yaxın dostluq münasibəti qurmuş E. Varton 1937-ci ildə 75 yaşında Fransada vəfat etmişdir!

Son illər kinematiqrafiya mütəmadi onun yaradıcılığına müraciət edir. 1993-cü və 2000-ci ildə lentə alınan “Məsumiyyət çağı” və “Sevinc evi” filmləri böyük tamaşaçı auditoriyası toplaya bilmişdir. 

“Bu axı çox gözəldir, sən heç nə edə bilməyəndə, səndə heç nə alınmayanda  özünü balaca uşaq yerinə qoyub da çox pərt olmayasan” - Edit Vartondan sitatdır. 

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.