Apellyasiya Komissiyasının iclası yekunlaşıb

Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu üzrə müsabiqənin direktorlar və direktor müavinləri üzrə keçirilmiş müsahibə mərhələsinin nəticəsindən razı olmayan namizədlərin şikayətlərinə baxılması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Apellyasiya Komissiyasının iclası keçirilmişdir.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, iclasda direktor vəzifəsi üzrə namizədlər Həsənli Nərgiz İlqar qızı, Mustafazadə Aslan Rafiq oğlu, Ağayev Ramin Heydər oğlu, Həsilova Günay Məmməd qızı nəticələrinə yenidən baxılmışdır. 4 namizəddən 1 nəfərin müsahibə nəticəsi dəyişdirilmiş, 3 nəfərin müsahibə nəticəsi isə qüvvədə saxlanılmışdır.

 

Müzakirələr zamanı namizədlərin müsahibə ilə bağlı fikirləri dinlənilmiş, müsahibələrin videoçəkilişinə və sənədlərinə əsasən Komissiya üzvlərinin hazırladığı rəylər müzakirə olunmuşdur. Sonda Komissiya üzvlərinin səsverməsinə əsasən müvafiq Qərarlar qəbul edilmişdir.

 

Qərara əsasən Həsənli Nərgiz İlqar qızının (21 bal) əvvəl keçirilmiş müsahibə nəticələrinə dair müraciəti təmin edilmişdir.

 

Digər namizədlərin şikayətləri ilə əlaqədar qəbul edilən Qərarlara əsasən həmin namizədlərlə əvvəl keçirilmiş müsahibələrin nəticələrinə dair Müsahibə Komissiyasının qiymətləndirməsi tam obyektiv və əsaslı hesab edilərək dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.