Böyük Vətən müharibəsindən üzü bəri Rusiyada ölüm antirekordu yenilənib. Moskva yaxınlığında yeni salınmış Sokol qəbiristanlığında yeni qəbirlər bu antirekorda dəlalət edir.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı “Vedomosti" qəzetinə istinadən məlumat verir.
2020-ci ilin dekabr ayından 2021-ci ilin noyabr ayına qədər ölkədə 2,4 milyondan çox adam ölüb. Bu, 1945-ci ildən bəri ən pis göstəricidir.
Bununla yanaşı, qəzetin məlumatına görə, Miqrasiya nəzərə alınmadan əhalinin təbii azalması son bir il ərzində 990.000 nəfər həddini aşıb.
Müharibədən sonrakı dövrdə rekord ölüm halını ekspertlər, təbii ki, ilk növbədə, koronavirus ilə əlaqələndirirlər.
Rosstat tərəfindən nəşr olunan Səhiyyə Nazirliyinin məlumatına görə, 2020-ci ilin oktyabr ayından 2021-ci ilin sentyabr ayına qədər COVİD-19 diaqnozu ilə 400 mindən çox adam ölüb və bu, ümumi ölüm hallarının üçdə iki hissəsidir.
Bununla yanaşı, bir sıra müşahidəçilər qeyd edirlər ki, ölümlərin böyük hissəsi virusun özünün yox, xəstəlikdən sonra kəskinləşən xroniki xəstəliklərin payına düşüb.