13-DƏN BİRİ QALİB GƏLƏCƏK - Bu gün “A-Hub Akselerasiya Proqramı”nın final mərhələsi baş tutacaq

Mədəniyyət Nazirliyinin ərsəyə gətirdiyi, yaxud dəstək göstərdiyi layihələr son vaxtlar o qədər çoxdur ki, bunları ardıcıl izləyib çatdırmaq da mümkün deyil. 

Bu gün “Yaradıcı Həftə” çərçivəsində Heydər Əliyev Mərkəzində “A-Hub Akselerasiya Proqramı”nın milli final mərhələsi baş tutacaq. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mədəniyyət Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı dəstəyi ilə reallaşan layihə ICESCO-nun üzvü olan ölkələrdə 2021-ci ildən etibarən innovativ inkişaf sahəsində təşəbbüslərin dəstəklənməsi, biznes subyektlərinin və gənclərin bu sahəyə marağının artırılması, mədəniyyət sahəsi ilə özəl yaradıcı sahibkarlıq subyektlərinin əlaqələndirilməsi məqsədilə həyata keçirilib. 

Bu il proqrama Bakı, Sumqayıt və Gəncədən daxil olan müraciətlər əsasında seçilən 13 komanda altı həftəlik akselerasiya keçib və milli finalda komandalar artıq öz startaplarını təqdim edəcəklər.

Milli finalda qalib gələn komandalar böyük finalda iştirak etmək imkanı qazanacaqlar.

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.