Azərbaycan incəsənət ustaları Tbilisidə keçiriləcək Barokko festivalında iştirak edəcəklər

 

Azərbaycan incəsənət ustaları Tbilisidə keçiriləcək Barokko festivalına qatılacaqlar. AzərTAC xəbər verir ki, Azərbaycan incəsənət ustaları festival çərçivəsində Şota Rustaveli adına Tbilisi Dövlət Dram Teatrının kiçik zalında keçiriləcək konsertdə çıxış edəcəklər.

Azərbaycanın Əməkdar artisti Əyyub Quliyev Gürcüstan Dövlət Kamera Orkestrinə dirijorluq edəcək.

Həmçinin konsertdə Azərbaycanın Əməkdar artistləri İlham Nəzərov və Fəridə Məmmədova da çıxış edəcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(15.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.