Bu gün Ankarada Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyla Azərbaycanın mədəniyyət naziri Adil Kərimli arasında əməkdaşlığa dair müaqvilə imzalanacaq.
Bu barədə Modern.az-a Türkiyənin Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, Adil Kərimli Türkiyəyə səfəri çərçivəsində TÜRKSOY-un Ankaradakı Baş Qərargahında təşkil olunan “Şuşa rəssamları” sərgisində də iştirak edəcək.
Həmin gün “Şuşa-2023 - Türk Dünyası Mədəniyyət Paytaxtı” ili çərçivəsində Şuşa Mədəniyyət Günləri təşkil olunacaq. Eyni zamanda, Türkiyə Prezident Administrasiyasının Simfonik Orkestrinin binasında Azərbaycan sənətkarlarının iştirakı ilə konsert olacaq.
“Ədəbiyyat və incəsənət”
(13.11.2023)