Türk dünyasının I-ci Beynəlxalq Mədəniyyət Forumuna “Simurq” Mədəniyyət Assosiasiyasının təklifləri

 

Bildiyiniz kimi, oktyabrın 13-14 tarixlərində Türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərində Türk dünyasının I-ci Beynəlxalq Mədəniyyət Forumu keçirilib. Forumda “Simqurq” Mədəniyyət Assosiasiyasının Prezidenti, professor Fuad Məmmədov da iştirak edib. 

“Ədəbiyyat və incəsənət” portalınln əməkdaşı Fuad Məmmədovdan forumla bağlı təəssüratlarını alarkən Fuad müəllim hazırladıqları və irəli sürdükləri Təklifə diqqət yönəldərək söyləyib: 

-Türk dünyasının mədəni paytaxtı Şuşa şəhərində, 13-14 oktyabr 2023-cü il tarixində keçirilmiş Türk dünyasının I-ci Beynəlxalq Mədəniyyət Forumunda Türk dünyasına daxil olan xalqların həyat qabliyyətinin, dövlətlərin isə qüdrətinin artırılması naminə Türksoy Beynəlxalq Akademiyasının prezidenti, akademik Şahin Mustafayevin sədrliyi ilə keçirilmiş dəyirmi masada Forumun Deklarasiyasına daxil etmək üçün “Simurq” AMA tərəfindən iki  innovativ kulturoloji təkliflər irəli sürüldü:
Birincisi - Mustafa Kamal paşa Atatürkün və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin mədəniyyətin inkişafına verdikləri  qiymətə əsaslanaraq, Türksoylu xalqların və dövlətlərin XXI-ci əsrdə milli maraqları və zamanın çağırışlarına cavab olaraq həmin ölkələrdə elm, təhsil və maarifın daxil olunması şərti ilə mədəniyyət analayışı, insanın ağlı, qəlbi və əməyi vasitəsi ilə yaranmış, çoxşaxəli sosial fenomen kimi qiymətləndirilsin və Türksoyun inkişaf konsepsiyasında nəzərə alınsın. 
İkincisi - insan kapitalının, davamlı, rəqabətqabliyyətli və təhlükəsiz inkişafın yenidən hasil edilən strateji resursu və aparıcı qüvvəsi olan - yüksəkmədəniyyətli insanın formalaşdırılması, inkişafı və kamilləşməsini XXI əsrdə Türk dünyasının ümdə məqsədi kimi qəbul olunması tövsiyə olunsun.

Fuad Məmmədov onu da qeyd edib ki, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin elmin və təhsilin də mədəniyyətın tərkib hissəsi kimi Forumda irəli sürdüyü fikri də bu innovativ təkliflərə dəstək kimi qiymətləndirilə bilər. Türkiyədən və Orta Asiya türk dövlələrindən olan, dəyirmi masanın bir sıra iştirakçıları da bu təklifi bəyəniblər.

“Ədəbiyyat və incəsənət”
(18.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.