Dünən Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev görkəmli bəstəkar Fikrət Əmirovun anım günündə jurnalistlərə açıqlama vermişdir. O demişdir:
“Mədəniyyət Nazirliyinin Aparatının strukturu təsdiqlənib. Yenilənmələr var və məqsədi müasir çağırışlara cavab verən aparat strukturunun formalaşdırılmasıdır. İlk dəfə olaraq Mədəniyyət Nazirliyində Strateji inkişaf və layihə idarəedilməsi şöbəsi yaradılıb. Bundan başqa, Mədəniyyət strategiyasının kordinasiyası şöbəsi təsis edilib. Eyni zamanda biz istəyirik ki, layihəyönümlü yanaşma da tətbiq edilsin. Koroporativ idarəçilik tətbiq edilsin ki, konkret məqsədlər və hədəflərə yönümlü bir idarəçilik olsun. Növbəti mərhələdə Mədəniyyət Nazirliyinin sistemində islahatlar aparılmalıdır. Burada 3 əsas istiqamət var. Birinci hüquqi islahatlardır. Bəzi müəsissələrin hüquqi statusu tam formalaşmayıb. Bu da müəssisələrin fəaliyyətinə maneə törədir.
İkinci istiqamət kimi infrastruktur və struktur dəyişiklikləri nəzərdə tutulur. Üçüncü istiqamət isə insan kapitalının inkişaf etdirilməsidir. Bunun ən yaxşı nümunəsi Azərbaycan Kino Agentliyidir. İslahatlarla bağlı məsələnin razılaşdırılması prosesi bu yaxınlarda yekunlaşdırılacaq. Bunun məqsədi kino kimi çox əhəmiyyətli sahənin tənzimlənməsi, sərmayələrin cəlb edilməsini təmin etməkdir, kiadrların yetişdirilməsinin təməlini qoymaqdır.
Eyni zamanda Azərbaycanın kino səhnəsinin dünyada olduğu kimi inkişaf etdirilməsidir. Biz Azərbaycanın kino çəkilişi baxımından çox maraqlı səhnə olmasını sübut etməliyik. Bu mövcud infrastrukturun aktivlərinin düzgün formatda çəkilib təqdim edilməsidir.
Digər istiqamət isə Azərbaycanın kino sahəsini kommersiya baxımından inkişaf etdirməkdir”.