Tələsin! Qeydiyyat sona çatır!

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) və Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə  Mədəni və yaradıcı sənayelər üzrə tədris və inkubasiya mərkəzində Animatorların İnkişaf Proqramı (Animator’s Accelerator) üçün müraciətlərin qəbulu sona çatmaq üzrədir. 8 oktyabr son gündür.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, bu 8 həftəlik təlim proqramı, yerli animatorların peşəkarlığının artırılması və beynəlxalq standartlara uyğun peşə bacarıqlarının mənimsənilməsi məqsədilə  həyata keçirilir.  Təlimi nəzərə alaraq  ən uğurlu iştirakçıların işlə təmin edilməsi və beynəlxalq layihələrə cəlb edilməsi nəzərdə tutulur.

Bu təlim "Lakeside" animasiya studiyasının kreativ direktoru Matthew Lyonnun rəhbərliyi altında keçiriləcək. Onun beynəlxalq miqyasda qəbul edilmiş işləri "Netflix" və "Apple TV" daxil olmaqla beynəlxalq yayım platformasında və dünya tamaşaçıları tərəfindən rəğbətlə qarşılanmışdır.

 

Təlim proqramında iştirak etmək istəyənlər son bir gündə tərcümeyi-halını və filmoqrafiyasını (əgər varsa) Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərə bilərlər.

Animatorların İnkişaf Proqramı (Animator’s Accelerator) təlim proqramı, yerli animasiya sahəsində kreativ və peşəkar animatorları beynəlxalq səviyyədə tanitmağı hədəfləyir və Azərbaycan animasiya sektorunun inkişafına dəstək olmaq məqsədilə təşkil olunur.

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.