Təqvimimizdə axtarış verəndə 3 oktyabr Alkoqolizmlə mübarizə günü kimi görünür. Halbuki, 3 oktyabr böyük bir bayramdır, özü də məxsusi türk dünyası üçün. 3 oktyabr Türk Dünyası Günüdür.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında 3 oktyabr 2009-cu il tarixində imzalanan Naxçıvan Anlaşması sonucunda bu anlaşmanın imza tarixi olan 3 oktyabrda Türk Dilində Danışan Ölkələrin İşbirliyi Günü elan edilmişdir və bayram edilməkdədir.
Xüsusən Türkiyə türkləri bu günü böyük coşğu ilə qeyd edirlər.
“Ədəbiyyat və incəsənət”
(03.10.2023)