ABŞ-da beş ay davam edən “Kino tətili” nəhayət ki dayandırıldı

Dünyada mədəniyyət sferasında ən çox hallanan hadisə bu idi: ABŞ-da mayın 2-də Hollivud ssenaristlərinin tətili başlamışdı. Mətn müəllifləri əmək şəraitinin yaxşılaşdırılması və əməkhaqqının artırılması barədə kinostudiyalarla razılığa gələ bilmədiklərindən bu addımı atmış, bir çox məşhur aktyorlar və rejissorlar da onları dəstəkləmişdi. 

 

“Ədəbiyyat və incəsənət” portalı TASS-a istinadən xəbər verir ki, ABŞ Ssenaristlər Gildiyası təxminən beş ay davam edən tətilin dayandırılması barədə Kino və Televiziya Prodüserləri Alyansı ilə ilkin razılığa gəlib, tərəflər bu günlərdə razılaşmanı tam rəsmiləşdiriblər.

“2023-cü ilin yeni kontraktının son mətninin sonradan işlənib hazırlanması şərtilə əməliyyatın bütün məqamları üzrə prinsipcə razılaşmaya dair ilkin razılığa gəlmişik. Biz çox böyük fəxrlə deyə bilərik ki, bu, bütün səviyyələrdə ssenaristlər üçün əhəmiyyətli faydalar və müdafiə ilə bağlı son dərəcə gözəl sövdələşmədir”, – deyə Gildiyanın bəyanatında deyilir.

 

“Ədəbiyyat və incəsənət”

(28.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.