“Bayraq sizin çiyinlərinizə tabutlarınızdan daha çox yaraşırdı axı!” Featured

“Gecə yazıları” silsiləsindən

 

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Bir neçə saat sonra səhər açılacaq və biz 3 il əvvəli təkrar yaşayacağıq. Səfərbərlik, generalın şəhadətinə qarşı xalqın ayağa qalxması, dəmir yumuruqda birləşmə, ocağlara düşən od, analarım fəryadı,  ataların qubar etmiş ürəyi, qız- gəlinlərin harayı, yetim qalan körpələr və ardı-arası kəsilməyən şəhid xəbərləri. 

Günlər keçdikcə, torpaqlarımızı tək-tək qanları ilə geri qaytaran qəhrəmanların sayı artacaq. Xəbərlərdə spikerlər göz yaşları içində bir yandan şəhid xəbəri verib, bir yandan “əziz Fizuli, Şuşa, Ağdam, Laçın, Kəlbəcər, Qubadlı, Ağdərə sən azadsan”  deyəcək. Və bizlər özümüzü Çingiz Mustafayevin "Vətənim kimiyəm, həm qürurlu, həm yaralı biriyəm" dediyi yerdə göz yaşları içində tapacağıq.

Aradan illər keçəcək və bu torpaqlarının hər qarışında bir şəhidin dastanı dillərdə əzbər olacaq. Bu torpaqlardan daha çox Albertlər, Poladlar, Mübarizlər, Xudayarlar, Cəbrayıllar, Ariflər, İsmətlər çıxacaq...

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Rəsulzadə əmanəti bayraq sizin çiyinlərinizə tabutlarınızdan daha çox yaraşırdı axı!

 

“Ədəbiyyat və incəsənət”

(27.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.