Mübariz Qurbanlı Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyinə qiymətli kitablar hədiyyə edib

Gürcüstanda səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı sentyabrın 26-da Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyini ziyarət edib.

 

AzərTAC xəbər verir ki, muzeyin elmi işçisi Leyla Əliyeva nümayəndə heyətinə M.F.Axundzadənin həyat və fəaliyyəti, muzeydə saxlanılan Azərbaycan mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının nümunələri, burada yaradılan digər guşələr, eləcə də muzeydə Azərbaycan mədəniyyətinin, dilinin təbliği, tədrisi ilə bağlı təşkil olunan kurslar barədə ətraflı məlumat verib.

M.Qurbanlı muzeyə Qurani Kərim və digər qiymətli kitablar hədiyyə edib.

 

“Ədəbiyyat və incəsənət”

(27.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.