“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü ilə oktyabrın 9-dan 13-dək Bakıda “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” adlı beynəlxalq konfrans təşkil olunacaq.
Qoruq İdarəsindən bildirilib ki, tədbir Türk Dövlətləri Təşkilatına üzv ölkələrin tarixi şəhər və qoruqlarının iştirakı ilə keçiriləcək.
Beynəlxalq tədbirdə Türk Dövlətləri Təşkilatının rəhbərliyi, Türk dövlətlərindən tarixi şəhər və qoruqlarının rəhbərləri, ekspertləri və İdarənin tərəfdaşlıq etdiyi beynəlxalq təşkilatların nümayəndələri, eləcə də mətbuat nümayəndələri iştirak edəcəklər.
“Ədəbiyyat və incəsənət”
(26.09.2023)