Brüsseldə Avropa İrs Günləri çərçivəsində Azərbaycan mədəniyyəti və incəsənəti tanıdılıb

 

Sentyabrın 16-17-də Azərbaycanın Belçikadakı səfirliyi 1989-cu ildən başlayaraq təşkil olunan və artıq 35-ci dəfə keçirilən Avropa İrs Günlərində iştirak edib.

 

AzərTAC xəbər verir ki, Brüssel paytaxt regionu tərəfindən keçirilən irs günləri çərçivəsində Azərbaycan mədəni irsinin yerli ictimaiyyətə və turistlərə təqdim olunması məqsədilə səfirliyimizdə “Azərxalça”nın istehsalı olan xalçaların sərgisi və milli musiqimizin təqdimatı olub. İrs günlərində 15-ə yaxın diplomatik nümayəndəlik iştirak edir.

 

Hər il müxtəlif ölkə səfirliklərinin qatıldığı tədbirdə bu il 10-dan çox diplomatik nümayəndəlik təmsil olunub. Budəfəki tədbirlərdə Avropada yaşayan musiqiçilərimiz Səbinə Məmmədova və Vüsalə Cabir qonaqlara konsert proqramları təqdim edib. Tədbir çərçivəsində Belçikadakı səfirliyimizə yerli ictimaiyyətin ümumilikdə 500-ə yaxın nümayəndəsi və Brüsseldə olan turistlər gəlib. Ziyarətçilərə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış təbliğat xarakterli materiallar paylanılıb.

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.