MDB-yə üzv dövlətlərin Yaradıcı və Elmi Ziyalılarının XVI Forumu və MDB-yə üzv dövlətlərin Mədəni Əməkdaşlıq üzrə Şurasının 38-ci iclası keçirilib

12-13 sentyabr 2023-cü ildə Qırğızıstanın Bişkek şəhərində MDB-yə üzv dövlətlərin Yaradıcı və Elmi Ziyalılarının XVI Forumu və MDB-yə üzv dövlətlərin Mədəni Əməkdaşlıq üzrə Şurasının 38-ci iclası baş tutub. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyovun rəhbərlik etdiyi nümayəndə heyəti də qoşulub. 

 

Tədbir çərçivəsində baş tutan “Birlik Ulduzları” və “Debütlər Birliyi” mükafatlarının növbəti təqdimat mərasimində mükafatçılar arasında Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan və Rusiyanın opera ifaçısı Dinarə Əliyeva və Azərbaycan Respublikasının əməkdar artisti, tarzən Şəhriyar İmanov da olub.  

 

Həmin gün MDB-yə üzv dövlətlərin Mədəni Əməkdaşlıq üzrə Şurasının 38-ci iclası da öz fəaliyyətinə başlayıb.

 

İclasda müxtəlif məsələlər müzakirə olunub.

 

Tədbir ölkələrindən 200-ə yaxın nümayəndənin iştirak etdiyi MDB-yə üzv dövlətlərin Yaradıcı və Elmi Ziyalılarının XVI Forumu sentyabr ayının 13-də elm və mədəniyyət sahəsində qarşılıqlı fəaliyyətin intensivləşdirilməsi barədə razılığı nəzərdə tutan yekun bəyannamənin qəbulu, sonda isə A.Maldıbaev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrında K.Moldobasanovun “Ana torpaq” baletinin nümayişi ilə başa çatıb.

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.