Niyə də yox? Featured

Sərtyel, “Ədəbiyyat və incəsənət

 

Hazırda yetən müğənni, Əməkdar artist Elza Seyidcahanı vurur. İnsanın adı o qədər sıx çəkilir ki, ölkənin məmə yeyənindən pəpə deyəninədək hamı onu tanıyır. Yazıq AYB-yə üzv olub deyə o qədər topa-tüfəngə tutulub ki, şeir yazmaq həvəsindən büsbütün düşüb. Bu yandan arxivdən bir bacısı da çıxıb onu məişət problemlərində ittiham edərək binəvanın dərdinin üstünə dərd gətirir.

Bəli, biz yıxılanı baltalamaqda pərgarıq. Belə bir zamanda istedadlı rəssamımız Nəvai Metin hamıya nümunə göstərərək “Niyə də yox” şüarını səsləndirərək Elza Seyidcahanın  portretini yaradlb. 

Bir dəfə yerdə bir it leşi olur. Ham “fu, nə murdardır” deyib lənətləyəndə Süleyman peyğəmbər deyir ki, nə sədəf kimi dişləri var. 

Bu rəvayət çox ibrətamizdir. 

Düşünürük, hər kəs payını götürər. 

Bu da Nəvai Metinin çəkdiyi portret. Əla alınıb, deyilmi?

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.