Tamaşa zamanı ucadan danışan xanımlara Ramiz Novruz necə təpindi Featured

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Ramiz Novruzdur.

 

RAMİZ NOVRUZ

(1955)

 

***

Bir dəfə zalda oturub tamaşaya baxırdım. Arxa sırada teatra təzə gələn bir-iki cavan aktrisa əyləşmişdi. Tamaşa başlanandan dil boğaza qoymadan söhbət elədilər. Mən səhnədə danışılanları heç cür eşidə bilmirdim. Axırda dözməyib acıqla geri çevrildim:

– Bəsdirin də, sizin səsinizdən heç nə eşidə bilmirəm, – gənclərə təpindim.

Qızlardan biri təəccüblə:

– Aaa, Ramiz müəllim, biz də səhərdən sizi tərifləyirik, – dedi.

– Hə, onda siz davam eləyin, mənsə yerimi dəyişim, – deyib, qalxdım.

 

“Ədəbiyyat və incəsənət”

(02.03.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.