“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Telman Adıgözəlovdur.
TELMAN ADIGÖZƏLOV
(1953-2010)
***
Demək, bir dəfə toyda tamadalıq edirəm, bir nəfər, ayaq üstə güclə dayanır, yaxınlaşdı ki:
– Qardaşımsan, ordan mənim üçün bir dənə “dırginən” havası çalsınlar, oynamaq istəyirəm.
Musiqiçilərlə mən bir-birimizə baxıb qaldıq. Adamdan:
– Başa düşmədim, hansı havanı dediz? – bir də xəbər aldım.
– Alə, nə qanmaz adamlarsız, “dırginən” havası…
– Elə hava yoxdur axı, bəlkə səhv salırsız, – mədəni şəkildə bir daha soruşdum.
– Alə, necə yoxdur, o nədi bəs, bir hava çal-dırginən…
– Həəəə…Bax indi anladım.
Mahnı çalındı. Kişi qol açıb oynamağa başladı.
“Ədəbiyyat və incəsənət”
(27.02.2022)