Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Bakıda Bolşevik inqilabı olur, fəhlə-kəndli hökuməti qurulur.
Qırmızı komissar kepkası əlində tribunaya çıxıb Bakı zəhmətkeşlərinə deyir:
-Biz kommunizmə doğru gedəcəyik. Kommunizmdə cəmi 2 saat işləyəcəksiz.
Bu zaman Dərdayıl zəhmətkeşlərin arasından qışqıraraq soruşur:
-Bəs nahar fəsiləsi nə qədər olacaq?
2.
Artıq yanıb kül olmusansa, “yanğın” deyə çığırmağının nə faydası var, insan?
3.
Kişi olmaq qadın olmaqdan dəfələrlə yaxşıdır. 5-6 kişiylə yatan arvad fahişə adlanır, amma 5-6 arvadla yatan kişisə Sultan!
4.
Mərhum şair Əli Kərim ən bəxtsiz şairdir. Çünki harda onun adıyla bağlı bir tədbir keçirmək istəyirlərsə yerli icra hakimləri təlaşlanıb icazə vermirlər.
Gəl indi bunları başa sal ki, ay dadi-bidad, vallah bu Əli Kərimin o Əli Kərimliyə heç bir aidiyyatı yoxdur.
5.
Əziz gənclər!
Əgər siz toyunuzda möhtəşəm atəşfəşanlıq istəyirsinizsə, onda toyunuzu noyabrın 8-nə - Zəfər gününə salın!
@sərtyel
“Ədəbiyyat və incəsənət”
(26.03.2025)