Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
-Müttəhim, siz niyə ziyalıları ən axırıncı sözlərlə təhqir etmisiniz?
-Ən axırıncı niyə olur, cənab hakim? Məndə hələ sözlər var.
2.
Maraqlıdır, görəsən o vaxt Roza Lüksemburq Knyaz Lixtenşteynə ərə getsəydi, soyadını saxlayardımı?
3.
Məncə feysbuk bir-birimizi tanımaq üçün gözəl məkandır. Çəkinmədən mənə hər şeyi açıq yazın. Harda yaşayırsız, hobbiniz nədir, hansı musiqini bəyınirsiz, pulunuzu harda gizləyirsiz…
4.
-Ata, sən istəyərdin, yenidən baxçaya gedəsən?
-Uça-uça gedərım. Amma anan məni səni baxçadan gətirməyə belə qoymur, onda kı, özüm baxçaya gedəm. Ah, ordakı gözəl-göyçək tərbiyəçilər…
5.
Şəhrizad bu yerdə gecənin düşdüyünü görüb yeni nağıla başladı:
-2035-ci il Aəzrbaycanda karantin rejiminin uzadılması ilə başladı. Bir də, Tarif Şurasının qiymətləri tənzimləməsi ilə.
@sərtyel
“Ədəbiyyat və incəsənət”
(10.01.2025)