Gülüş klubunda Əlisöyün kişi Featured

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

1.

Bank yarılıb. Polis şahid ifadələri alır. Şahidlərdın biri deyir:

-Soyğunçu qabaqlar “Makdonalds”da işləyib.

Polis təəccüblənir:

-Hardan bilirsiz?

-O tapançasını göyə tuşlayıb “hamı yerə uzansın” demək əvəzinə “boş kassa” dedi. 

 

2.

Hamı şikayətlənir ki, kərə yağının qiyməti digər ərzaqlara baxmış çox bahadır. 

Amma narahatlığa əsla dəyməz. Lap yaxın günlərdə digər ərzaqlar da çox baha olacaqlar.

 

3.

Gədəbəyin ucqar dağ kəndində yaşayan 92 yaşlı Əlisöyün kişinin mobil telefonuna SizinBank  bankından belə bir mesaj gəldi: “Bu gündən sonra siz öz kartlarınız arasında birindən digərinə 3 milyon manata qədər vəsait köçürməklə əməliyyat apara bilərsiniz.”

Əlisöyün kişi hesabında 2 manat 47 qəpik olan kartını bağrına basaraq gözüyaşarmış halda dedi:

-Çox sağ olsunlar ki, məni də yada salıblar. İnşallah, olsa mütləq köçürəcəm.

 

4.

Təsəvvür edirsiz, mən uşaq qrupunda sorğu etdim ki, atalarınız evdə nə edir. Cavablar məni lap üzdü: “Yeyib-içirlər. Söyüş söyürlər. Yarım saat tualetdən çıxmırlar. Televizora baxırlar. Tank-tank oynayırlar. Mamaları qucaqlayırlar. Yatırlar”.

Vəssalam! 

 

5.

-Qanunları niyə öyrənirlər?

-Yan keçmək üçün. 

 

“Ədəbiyyat və incəsənət”

(15.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.