Gülüş klubunda futbol CBS-də Featured

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

1.

Yüksəyə qalxdıqca nişangaha daha rahat düşdüyünü anlamırsanmı?

2.

CBS kanalının şərhçisi Zimbabve çempionatının “Utkutupe” və “Ambrisovya” klublarının matçını şərh edərkən:

-Top “Ambrisovya”nın kapitanı Elbrink Çukrradadır. Elbrink Çukrra irəliləyir, vurur: Qoooooooooollllllll (Var gücü ilə qışqırır). 

Qışqırtı 12 dəqiqə davam etdikdın sonra davam edir:

-Mən “Ambrisovya”nın oyunçularını, məşqçi heyətini, azarkeşlərini, klubun rəhbərliyini, şəxsən Muxtğavanq Şerbuxt müəllimi səmimi qəlbdən təbrik edirəm. 

Muxtğavanq Şerbuxt müəllim klubu ən güclü klublar sırasına çıxarıb. O mətin, cəsarətli, ağıllı, təmkinli, qeyrətli, səxavətli bir şəxsdir. (Matç bitənədək danışır)…

 

P.S. Futbol şərhçilərini məcbur edirlər ki, emosiya ilə danışsınlar. Onlar da emosiyanı qədərindən xeyli çox işlədirlər. 

 

3.

-Bax, Merilin Monro “Max Factor” parfüm kompaniyasının reklam siması oldu. Bax! Camaat hətta ölümündən sonra da özünə iş tapır, sənsə tapa bilmirsən. 

 

4.

O adam hər dəfə güzgüyə baxdıqca Darvinə daha çox inanır. 

 

5.

Deyir, Lerikin Güləndamlı kəndinin sakini Şahverdi Balamoğlanov dünyaya yeni göz açmış oğlunun adını Kopiyirmidoqquz qoyub.

Məlimata görə, Balamoğlanov Kopiyirmidoqquz Şahverdi oğlu hazırda özünü yaxşı hiss edir. 

 

“Ədəbiyyat və incəsənət”

(01.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.