Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Təqaüdə ümid bəsləmək Avropa Şurasına ümid bəsləməkdən daha betərdir.
2.
Santexniklər ailəsinə faciə üz verib. Ata su çəkiləndə qeyb olub.
3.
Rəsm qalereyasında baş-ayaq ağac şəklinə hamı ağıllı-ağıllı baxıb keçdi, təkcə bir uşaq əyilib altdan-yuxarı baxdı ki, əsəri tam duysun (qapaq şəklinə baxın).
Əksər hallarda uşaqlar böyüklərdən daha ağıllı tərpənirlər.
4.
Politologiya elmində “vicdan” sözünə rast gəlinməz.
5.
Dərdayıl soruşdu:
-Bu istehlak səbəti var a, iqtisadçılar deyirlər ki, ilbəil onun doldurulması daha bahaya başa gəlir. Ay qardaş, burda çətin nə var ki, yekə səbəti tulla, yerinə balacasını qoy.
6.
Təpəgöz azərbaycanlını, gürcünü və ermənini tutub deyir:
-Bu gördüyünüz dağı yüz dəfə dövrə vuracaqsınız, kim birinci qurtarsa, onu yeməyib evə buraxacam.
Qaçış başlayır.
Təpəgöz də yellənən kresloda qəhvə içə-içə özü üçün krossvord tapır.
Nəhayət qum saatı çevrilir və qaçış bitir. Gürcüylə erməni eyni vaxtda finişə çatırlar.
Təpəgöz soruşur:
-Bəs azərbaycanlı hanı?
Erməni deyir:
-Ara, o busurman tənbəl şeydir, qaçmadı, çıxdı getdi evinə.
“Ədəbiyyat və incəsənət”
(29.10.2024)