Gülüş klubunda maraqlı avtobus Featured

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

1.

QAPAQ ŞƏKLİ BARƏDƏ

“Beşikdən qəbrə kimi sərnişin daşıyan bu avtobusun fotosunu şair Elşən Əzim çəkib göndərib. Avtobusun marşrutuna baxın: 1 nömrəli doğum evindən başlayır, Xutor qəbristanlığında bitir. 

 

2.

-Salam, mənim mifologiya fakültəsi barədə məqaləm var.

-Mifologiya fakültəsi? Nədisə beləsini xatırlaya bilmirəm.

-O qabaqlar jurnalistika fakültəsi adlanlrdı.

 

3.

Əgər tanışlar səndən “işlərin necədir” soruşmaq əvəzinə “sağlamlığın necədir” soruşurlarsa, demək, daha qocalmısan.

 

4.

Maşın-maşın cehiz əvəzinə bir çamadanla ər evinə gedən gəlinin niyyəti bəllidir, tezliklə geri qayıdacaq. 

 

5.

Blokda yazı:

Yoldaşlar (silinib)

Vətəndaşlar (silinib)

Cənablar, tərbiyıniz olsun, bloku batırmayın! 

 

6.

Müxbir: - 4 saylı doğum evində 72 körpə dünyaya gəlib. Onlardan birininə - Kopiyirmi doqquzun atası Lissabonsammiti Oktyabrinqilabıyevə yaxınlaşaraq təəssüratlarını bizimlə bölüşməsini istəyirik:

-Lisaabonsammiti müəllim, özünüzü dünyaya oğul övldı gətirən ata kimi necə hiss edirsiniz? Təəssüratlarınız necədir?

-Kaş bu günü atam Qırxbirqırxbeşmüharibəsi müəllim görə biləydi. 

 

“Ədəbiyyat və incəsənət”

(21.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.