Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Bir dəfə bu sözləri Çarli Çaplin söyləyib: “O kəslər ki, insanları güldürürlər, onlar insanları ağladanlardan daha qiymətlidirlər. Çox təəssüf ki, insanlar inadla ikincilərə abidə ucaltmaqdadırlar.
2.
Qəribə adamdır.
Hər gün saatlarla yuxu görür. Yuxularının sonunda da titrlər yazılır.
3.
Elan:
Əziz sakinlər, qəfil yaranmış problemlərlə bağlı sabah sizin evdə işıq, qaz və su kəsiləcək.
Ardlnca sizi evdən çıxaracaqlar, həyətə düşürəcəklər.
Orda da güllələyəcəklər.
4.
Tələbələr, nəzərə alın ki, imthanda söylədiyiniz hər bir fikir sizin əleyhinizə istifadə oluna bilər.
5.
HƏFTƏNİN KƏLAMI:
Balıq dükanında da həyatdakı kimidir. Başsızlara başlılardan daha çox qiymət qoyulur.
“Ədəbiyyat və incəsənət”
(09.10.2024)