GÜLÜŞ KLUBUnda erməni dramı Featured

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

1.

Kouç təlimində deyilir ki, hədəfə çatmaq istəyirsənsə komfort zonasından çıxmalısan. Əcaba, mən əgər komfort zonasındayamsa, daha hansı hədəfə çatmalıyam ki?

 

2.

Yeni dövrdə milis polis, elmlər namizədi fəlsəfə doktoru, dərzi modelyer, dəllək stilist, sahibkar biznesmen, kənd əməkçisi fermer, əmtəəşünas merçendayzer, dalandar klininqer, natiq spiker oldu. 

Varlı lap varlı, kasıb lap kasıb oldu.

 

3.

Süni intellektlə bərabər süni axmaq da yaratsınlar ki, balans qorunub saxlansın.

 

4.

Əbədiyyət və bir an!

Əbədiyyət - iş günləridir.

Bir ansa istirahət və məzuniyyət günləridir. 

 

5.

Erməni milli valyutası olan dram bir qədər də  ucuzlaşıb. Səbəb isə maklaturanın qiymətinin düşməsidir. 

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.