Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Bizdə fransızlara ən çox sağlam həyat tərzini sevənlər nifrət edirlər. Napolen tortu və Napoleon konyakı onların gözlərinin düşmənidir.
2.
“Kim, nə, harada” oyunu hazırda öz aktuallığını itirib və “heç kim, heç nə, heç yerdə” adını alıb.
3.
Bir dəfə Dərdayıl yolu keçmək istəyir, amma işıqforun qarşısında durub növbələşən qırmızı və yaşıl işıqlara göz qoyaraq yerindən tərpənmir.
Kənardan bunu görən bir tanışı yaxınlaşıb deyir:
-Dərdayıl, sən neynəmək istəyirsən ki?
Dərdayıl köks ötürüb deyir:
-Nəsə mən bu svetafora daverit eləyə bilmirəm eyy.
4.
Pessimist adam odur ki, “hər şey yaxşıdır” sözündən sonra “ancaq” sözünü gözləyir.
5.
Avtobusda.
Bir qadın üzbəüz oturub saqqız çeynəyən kişiyə deyir:
-Ayıb olsun sənə, ailəli qadına bu nə təklifdir edirsən? Ərim bilirsən bilsə səni neyniyər?
Sonra yanındakı qadına deyir:
-Mən karam, amma dodaqlarının tərpənməsindən başa düşdüm ki, oğraş mənə pis gözlə baxır.
“Ədəbiyyat və incəsənət”
(26.09.2024)