Tülkülər aslanlıq edəndə - SATİRİK QƏZƏL

“Ədəbiyyat və incəsənət” portalı əslən Güney Azərbaycandan olan şair, AYB sədrinin müşaviri Sayman Aruzun satirik qəzəlini təqdim edir.

 

 

Güney Azərbaycan mühitini, orada olan vəziyyəti düşünərkən:

 

Vay o gündən ki, gəda bəylərə sultanlıq edə.

Sanki çaqqal it olub qoçlara oxranlıq edə...

 

Hay o gündən ki, vətən eşqinə zindan çəkəsən,

Vay o gündən ki, vətən, ruhuna zindalıq edə...

 

Bağbanı balta olan ormana ümmid eləmə,

Balta qoymz tək ağac birləşə ormanlıq edə...

 

Kapitan, sakit axan dalğaya aldanmaginan,

Qorx o gündən ki, dəniz tərpənə, tufanlıq edə...

 

Kükrə, Sayman, qəfəsi əzm ilə sındırmalısan,

İstəmirsənsə əgər tülkülər aslanlıq edə...

 

“Ədəbiyyat və incəsənət”

(27.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.