Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Varlıdan alıb kasıba vermək - günümüzün xülyasıdır, illüziyasıdır. Kasıbdan alıb varlıya vermək - bax budur günün reallığı.
2.
Mənim ailəmin nəsil şəcərəsi:
Ulu baba və ulu nənə: 4 övlad
Baba və nənə: 2 övlad
Valideyinlər: 1 övlad
Mən: 1 pişik
Pişik: axtalanıbdır
3.
Bir sual verim.
Niyə polislər narkodilerləri tapa bilmirlər, amma narkomanlar tapırlar?
4.
-Harda işləyirsən?
-BYÖ agentliyində.
-Bu nədir? ƏDV kimi bir şeydir?
-Yox, BYÖ - bütün yaxşılıqlara ölüm agentliyidir.
5.
Son vaxtlar Xəbərlər proqramları dəhşət filmlərindən yüz dəfə daha dəhşətlidir.
“Ədəbiyyat və incəsənət”
(25.09.2024)