GÜLÜŞ KLUBUnda şəkildəki kişi Featured

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

1.

İstənilən əşya əgər sən onu yuxarı atsan, bumeranq olacaq.

 

2.

Cənnətdəki komanı komadakı cənnətə dəyişirəm.

 

3.

Alim o adamdır ki, milyard il bundan əvvəl baş verəni bilir, amma üç gün sonra havanın necə olacağını bilmir. 

 

4.

Pessimist qara günü üçün, optimist isə işıqlı gələcəyi üçün pul yığır.

 

5.

 

ŞƏKİLDƏKİ KİŞİ

 

Şəkildəki kişinin

Papağı yanakıdır.

Doğulduğu yer rayon,

Yaşadığı Bakıdır.

 

Aya sən çıxma deyir. 

Günə sən çıxma deyir. 

Zavtrakda buğlama

Obeddə yaxma yeyir. 

 

Dişləri tökülübdür,

Gülüşü də köntöydür. 

Meydana çıxdı bu gün,

Polis yazığı döydü. 

 

Yaşamağı çox sevir, 

Bu şəkildəki kişi.

Deputat da olacaq

Sevir qara kişmişi.

 

Onu gözəl tanıyır

Bayden, Tramp, bir də Buş.

Yüksəkliyi çox sevir.

Onunçün gəlsin bir tuş

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.