GÜLÜŞ KLUBUnda Santuşun dəyəri Featured

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

1.

Skleroz barmağına plyus çəkir ki unutmasın. Amma plyusu da görəndə xatırlaya bilmir ki, nəyi unutmamalıdır. 

 

2.

AYNA - yəni yerüstü nəqliyyat agentliyi üç zolaqlı yolun solunu velosipedlərə, sağını avtobuslara verib avtomobillərə yalnız ortasını saxladı. Və avtomobil sürücülərinə də xəbərdarlıq etdi ki, ola bilsin, motosikl sürənlərə daha rahat şərait yaratmaq üçün orta zolaqda həftənin tək günləri avtomobillərin, cüt günlərində də motosikllərin hərəkət etməsi qanuniləşdirilsin. 

 

3.

Bir dəfə Dərdayıl avtobuslar biletlə işləyın vaxtlarda avtobusla gedirmiş. Nəzarətçi yaxınlaşıb ondan bilet tələb edındə o yavaş-yavaş ciblərini eşərək “harada isə var idi, harada isə var idi” deyir. 

Onun ləngliyini görən nəzarətçi “Vətəndaş, bir az tez ol” deyəndə Dərdayıl tez-tez  haradaisəvaridi, haradaisəvaridi” deyə təkrarlamağa başlayır. 

 

4.

Futbol üzrə Azərbaycan yığmasının əcnəbi məşqçilərlə uduzmasını AFFA başbilənləri yerli məşqçilərlə uduzmasından daha üstün saymaqlarını bu cür  əsaslandırırlar:

-Biri var, Karloşa ayda 70 min verib uduzasan, biri var, Diniyevə 700 verib uduzasan. 70 min daha sanballıdır axı! 

 

5.

Səni heç kim başa düşmürsə, bu o demək deyil ki sən dahisən. Sın debil də ola bilərsən. 

 

“Ədəbiyyat və incəsənət”

(16.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.