Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Qardaşım, zarafat ünvanına çatmırsa, burda Aəzrpoçtun nə günahı var?
2.
Dərdayıl Tarqovıda qəşəng bir xanım görüb deyir:
-Qəşəng qız, olarmı sizi restoranda şam yeməyinə dəvət edim?
Xanım deyir:
-Mənim ərim var.
Dərdayıl cəld dillənir:
-Masa ikinəfərlikdir, çox təəssüf ki, onu dəvət edə bilməyəcəm.
3.
Diogen yeməyə başlayır. Həmişəki kimi kasıb süfrəsində mərci və çörək olur.
Çarın sevimlisi olan varlı Aristipp ona deyir:
-Çara ehtiram etməyi öyrən, mərci yeməkdən qurtul.
Diogen cavabında söyləyir:
-Sən də mərci yeməyi öyrən, çara yaltaqlanmaqdan qurtul.
4.
İnsanlar çox sərsəmdirlər.
Onlar onlara ehtiyac duyan insanları lənara itələyib ehtiyac duyduqları adamların dalınca qaçırlar. Nəticədə də əliboş qalırlar.
5.
-Mənim oğlum hər dəfə məndən soruşur ki, uşaqlar hardan peyda olur.
-Bu ki normaldır. Neçə yaşı var ki oğlunuzun?
-İyirmi yeddi. Üç ildir ki evlidir.
“Ədəbiyyat və incəsənət”
(12.09.2024)