Baytar Maarifin əhvalatı Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət”, Qarabağ bölməsi

 

Qarabağ bölgəsində folklor janrının bir qolu olan lətifə geniş yayılıb, xüsusən Ağdamın Abdal-Gülablı kəndi öz baməzə, zarafatcıl və hazırcavab adamları ilə həmişə seçilib. İndi sizə nəql edəcəyim əhvalat bəlkə də olmuş əhvalatdır, bəlkə də uydurma. Amma maraqlıdır, oxumağa dəyər. 

 

Deməli, kəndlərin birində Maarif adlı iki həkim var. Biri baytar, digəri pediatrdır.

Bir dəfə uşaq həkiminin yanına xəstə gətirirmişlər, kəndin girəcəyində soruşurlar ki, bəs Maarif həkimin evi hansıdır?

Soruşulan adam da baytar Maarif həkimin evini göstərir.

Xəstə sahibləri qapını döyüb çağırırlar:

-Maarif həkim, ay Maarif həkim.

Həkim hay verir:

-Bəli, buyurun, kimdir?

Deyirlər:

-Həkim, xəstə gətirmişik.

Həkim də dərhal cavablandırır:

-Bala, keçirin içəri, o tut ağacına bağlayın, gəlirəm.

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.