Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Yay da əməkhaqqı kimidir, tez qurtarır.
2.
Arvad ərinə:
-Sən heç uşaqla məşğul olmursan, ona heç nə öyrətmirsən.
Bunu eşidən ər cəld yan otağa səslənir:
-Afiq, bala, elə ki səkkizinci mövqeyə çıxdın, orda dərhal qapının dalında üç keçi dayanıb. Ona görə də qapı açılan kimi atəş aç ki can qazana biləsən.
3.
Cahangir BEK günümüzdə kəş BEK hayındadır.
4.
Varlı dostlara zəng eləmirsən ki, elə biləcəklər pul istəyirsən.
Kasıb dostlara da zəng eləmirsən ki, pul istəyəcəklər.
Beləcə də dostluq ölür.
5.
Xüsisi karantin rejimi ən çox saxlanan ölkə kimi Azərbaycan tarixə düşüb. Dünya koronavirusu unudubsa da biz unutqan xalq deyilik, sədaqətlə xüsusi karantin rejimimizi davam etdirib bu sahədə lider ölkəyə çevrilmişik. Hər bir birincilik gözəldir, deyilmi?
“Ədəbiyyat və incəsənət”
(04.09.2024)