GÜLÜŞ KLUBUnda dialoqlar Featured

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

Dialoqlar monoloqlardan daha gülməli olur, çünki kollektiv əməyin məhsuludur. Beləliklə, Gülüş klubunda dialoqlar! 

 

1.

Psixiatr:

-Siz başınızda səslər eşitmirsiniz?

Mən:

-Əlbəttə yox.

İkinci mən:

-Demək məni başqalarına göstərməkdən utnırsan? Eybi yox, evdə danışarıq!

 

2.

-Bütün ömrüm boyu supermen olmağı arzulamışam. İdmanla məşğul olmuşam, onun kimi uçmağa cəhdlər etmişəm. Nəhayət ki, arzuma çatdım.

-Uçmağı öyrəndin?

-Yox. Supermenin kostyumunu aldım. 

 

3

-Görəsən indiki cavanların axırı necə olacaq?

-Necə olasıdır ki? Qocalacaqlar və deyəcəklər ki, indiki cavanların axırı necə olacaq. 

 

4.

-Sən yenə də çirkli niyyətlərlə mənə yaxınlaşırsan?

-Yox, mən onları yumuşam. 

 

5.

-Əhməd qardaş, bizim ütü zamıkaniya edib işləmir, onu düzəldə bilərsən?

-Gülsənəm bacı, ərinə nə gəlib ki, özü düzəltsin də.

-Sən nə danışırsan? Tok vurar birdən onu. 

 

“Ədəbiyyat və incəsənət”

(29.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.