GÜLÜŞ KLUBUnda qara aforizmlər Featured

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

1.

İndi həqiqəti adamın gözünün içinə yalnız telefonla deyirlər.

 

2.

Azadlığın nə olduğunu bilməyən adamlara azadlıq verməyin nə mənası?

 

3.

Tarixçilər çox qorxaqdırlar, ancaq ölənlər haqda yazırlar. 

 

4.

Nə fərqi var, bir ailə qara çörəyə möhtacdır, bir ailə qara kürüyə? 

 

5.

Gəncliyi hamıya paylayırlar, qocalığı isə yalnız ən səbirlilərə.

 

“Ədəbiyyat və incəsənət”

(19.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.