GÜLÜŞ KLUBUnda AYNA Featured

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

1.

Dərdayıl ömründə ilk dəfə şeytanın qıçını sındırıb Akvaparka getdi. Həddən artıq qanunpərəst olan bu şəxs hovuzun qarşısında “Hovuza yalnız üzgüçülük papaqlarında girmək olar” elanını görüb də bütün digər paltarlarını çıxararaq başına üzgüçülük papağı keçirdi və suya girmək istədi.

Bir həngamə qopdu, gəl görəsən. 

 

2.

Roza Markovna rəfiqəsi İzaya deyir:

-İzoçka, bax gör mən Avraamım üçün qalstuk tikməyə nə gözəl parça almışam.

İza baxıb təsdiqləyir:

-Düzdür, gözəldir. Amma qalstuk üçün həddən artıq çox deyil?

-Qalanına da özümə don tikəcəm. 

 

3.

Xalqın nə barədə danışması maraqlı deyil. Maraqlı olan nə barədə susmalarıdır.

 

4.

Bakıda avtomobil sıxlığı əlindən bərk əziyyət çəkən avtomobil sürücülərinə AYNA yeni-yeni sürprizlər etməkdədir. Bütün küçələrin bir hissəsi ya avtobuslara, ya velosipedçilərə ayrılır. Bu isə tıxacların iki dəfə artması, vaxt itkisinin kəlləçarxa çıxması deməkdir. 

Bütün dünyada yollar salınanda avtobus və velosipedlər də nəzərə alınır və geniş yollarda ayrıca zolaqlar olur. Bizdə isə dar, 3 zolaqlı yolun bir zolağını da kəsib avtobusa və velosipedə verirlər. 

Sual olunur, AYNA niyə belə edir? 

 

5.

Qardaş, yaxşı vəkil sənin nəyinə lazımdır? Biryolluq yaxşı hakim tap da.

 

“Ədəbiyyat və incəsənət”

(12.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.