Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
Bir dəfə restoranda Nigeriyadan gəlmiş zəncilə bir yerdə işləyirdik. Bizimkilərdən az-çox bizim dili öyrənmişdi. Arabir salona keçib gəldikdə müştərilərə də görünürdü. Qadının biri uzaqdan işarə edib məni çağırdı.
Yaxınlaşıb "buyurun" dedim.
-Dedi : - Ondan iyrənirəm.
Özümü itirməyib : -Aydaa, ürəyiniz necədə düzdü xanım, maşallah! Bayaq elə o da sizin haqqınızda eyni şeyləri deyirdi,- dedim. Biraz pərt olmuş şəkildə, qızararaq gülümsədi. Sonra mən də gözlərinə baxıb "şirin" təbəssüm göstərib getdim.
2020-ci ilin 25 mayında ABŞ-da, Minnesota əyalətində irqçi polisin, 46 yaşlı qara dərili Corc Floyda qarşı etdiyi vəhşilik dünyanın bir çox yerlərində irimiqyaslı etirazlara səbəb olmuşdu. Qeyd olunan etiraz dalğası təkcə ABŞ və onun əyalətlərində olmamışdı, həmçinin, Fransa, Almaniya, Yaponiya və s. kimi ölkələrdə də "qaraların həyatı mühümdür" devizi altında etiraz aksiyaları həyata keçirilmişdi. Bundan sonra bir sıra idman yarışlarında, "No To Racism"(Rasizmə yox) həştəqləri işlədilməyə başlandı.
Ümumiyyətlə, qara dərililəri bizdən fərqləndirən yeganə zahiri amil rəngləridir. İnsanlıq üçün isə heç bir rəng, mənsəb mahiyyət daşımır.
Bir az keçmiş bir ailə başçısı məni çağırdı. Yanında xanımı və uşaqları var idi. Bayaqdan bu şəxslə mədəniyyətləri, cəmiyyəti danışıb müqayisə edirdik. Fikrimdə müsbət yöndə formalaşmağı bacarmışdı.
O, dedi : - Bacıoğlu sən yaxşı oğlana oxşayırsan. Bayaqdan görürəm, hərtərəfli oğlana bənzəyirsən. Nə qədər lazımdı hörmətini eləyim, qaranı ver maa, aparım rayona bir saatlıq, bu gün uşaqların ad günüdür...
“Ədəbiyyat və incəsənət”
(08.08.2024)