GÜLÜŞ KLUBUnda əlcəzairli qadın boksçu Featured

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

1.

Paris Olimpiadasında trans olmaqda şübhəli bilinən əlcəzairli qadın boksçu İmam Xəlif italyalı zavallı əsl qadın boksçunu dərin nokdauna saldıqdan sonra müxbirlərə söylədi:

-Mənim qadınlığıma şübhə edənlərə səslənirəm. Mən adi qadın deyiləm, mən qəlbən 10 yaşlı qız olan bir qadınam.

 

Bu boksçunu tezliklə uşaq boksçuların yarışında görsəniz təəccüblənməyin.

 

2.

Eks deputat köks ötürüb dedi:

-Eh gidi dünya. Mənim anam atda getməyi xoşlayırdı, əmbə maşından qorxurdu. Mənim arvadım maşında getməyi xoşlayır, əmbə samalyotdan qorxur. Mənim qızım isə samalyotda uçmağı xoşlayır, intəhası, o da atdan qorxur. Bu dünyada ədalət gəzmək vallah boşunadır.

 

3.

50 yaşdan sonra ancaq milçəklər üçün cazibədar ola bilirsən.

 

4.

Yüzə yüz belədir. Biri sənə “məni düzgün başa düş” deyirsə, demək, bir azdan üzrxahlıq etməyə başlayacaq. 

 

5.

Pis arvadın əri araq alır.

Yaxşı arvadın əri araq-çaxır-likyör zavodu.

 

“Ədəbiyyat və incəsənət”

(08.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.