GÜLÜŞ KLUBUnda filoloq Featured

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

1.

Kişi gəlib restoranda yemək istəyir, amma görür ki, bütün masalar tutulub. 

Belədə o, düz ortaya gəlib telefonu götürərək ucadan deyir:

-Xanım, siz düz şübhələnirsiniz, əriniz indi gəzdiyi xanımla restoranda şam edir. Gəlib öz gözünüzlə görə bilərsiniz.

Bunu eşidən kimi ayrı-ayrı masaların arxasından iyirmiyə yaxın cütlük durub restoranı tərk edir.

 

2.

Məşhur deputatımız abituriyent övladının filoloq olmaq istəyini eşidəndə bərk əsəbləşərək deyib: 

-Sənin başına at təpib? Nə filoloq?

Sən qurtarandan sonra elə bilirsən iş tapacaqsan? Bura Hindistan deyil, anladımmı? Burda fil nə gəzir?

 

3.

Vəkil:

-Siz zərərçəkmişi son dəfə nə zaman görmüsüz?

Şahid:

-28-dən 1-nə keçən gecə.

Vəkil:

-Hansı ayın?

 

4.

Bir erməni gənc Sevan gölünə düşüb boğulur və çığırıb kömək istəyir. 

İki polis keçir, onun çığırtısına məhəl  belə qoymurlar. Bunu görən gənc ölümdən qurtulmaq yolunu tapıb da qışqırır:

-Paşinyan istefa! 

Cəld polislər suya atılıb onu çıxardır, bölməyə aparırlar. 

 

5.

Unutdum ki, iti yemləmişəm, ya yox. Hər ehtimala qarşı bir də yemlədim. İt də hər ehtimala qarşı bir də yedi. 

 

“Ədəbiyyat və incəsənət”

(07.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.