GÜLÜŞ KLUBUnda Gədəbəydəki zəncilər Featured

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

1.

Platon qadınları sevə bilmirdi deyə Platonik sevgini yaratdı.

 

2.

Kolumbiyada yaşayan qocalar gənclərdən daha xoşbəxtdir. Çünki onların prqan transplantasiyası üçün oğurlanması ehtimalı yoxdur.

 

3.

Qabaqlar uşaqlar ayaqyolunda çox oturanda valideyinlər işığı keçirərdilər, indisə vayfayı keçirirlər.

 

4.

Skleroz odur ki, kimə borclu olduğunu unudursan. Marazm isə odur ki, bu dəfə kimin sənə borclu olduğunu unudursan. 

 

5.

Gədəbəydə demokratiya Amerikadakından daha çoxdur. Amerikada hər il minlərlə zəncinin hüququ pozulduğu halda Gədəbəydə hələ bir zəncinin də hüququ  pozulmayıb. 

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.