Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Bəzi adamların həyat məzmunu qalın romanlara sığır, bəzilərininki bir sms-ə. Amma çox təəssüf ki, ədalətsiz zəmanədə ikincilər daha yüksək mənsəb əldə edirlər.
2.
Qardaş, cırıq paltar geyinmək dəbə düşdü, düzdümü? Yaxın zamanlarda da vuruq maşın sürmək dəbə düşəcək, görəcəksiniz.
3.
Həyat eynən şahmat kimidir. Piyada çox irəliləyib hətta vəzir ola bilər, amma şah pla bilməz. Şahlıq vərəsəliklə ötürülür axı.
4.
Optimistim həyat yoldaşı yarıya kimi dolu olmalıdır.
5.
Qadın əvvəl söyər, sonra buna səbəb tapar.
6.
Elə qapılar var ki, onları yalnız təpiklə açmaq lazımdır.
“Ədəbiyyat və incəsənət”
(19.07.2024)