Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Futbol üzrə Avropa birinciliyini izləyən bir çukçadan izləməyən digəri soruşur ki, ən çox hansı oyunçu qol vurdu?
O da deyir, Avtoqol deyilən kəs 10 dənə qol vurdu.
2.
-Ana, mənim belim ağrıyır.
-Bu mənə aid sual deyil. Problemin ekspluatasiya dövründə yaranıbsa istehsalçı məsuliyyət daşımır. Zəmanət müddətin artıq bitib.
3.
Dost birmüddətlikdir, düşmən həmişəlik. Kim daha sədaqətlidir?
4.
-Sizin şöbə nə ilə məşğul olur?
-Biz qərarları yoxlayır, inkişaf aspektlərinə diqqət edir, işgüzar əlaqələrə təkan verir, reallığın transformasiyasına göz qoyuruq.
-Anladım. Daha de ki, büdcəni talayırıq da.
5.
-Üz quruluşumu necə dəyişim?
-Boksla məşğul ol.
6.
Hər bir “Mən zarafat edirəm”in arxasında bir az həqiqət, hər “Mən heç nə bilmirəm”in arxasında bilik, hər “Mənimçün fərqi yoxdur”un arxasında bir az emosiya, hər “Hər şey yaxşıdır”ın arxasında bir az ağrı var.
“Ədəbiyyat və incəsənət”
(17.07.2024)