Sərtyel, “Ədəbiyyat və incəsənət”
FİLOSOF İCRA HAKİMİ
Rayonun təzə icra(icarə) hakimi həm də aforizm həvəskarıdır. O, vəzifə başına keçən kimi böyük islahatlara başladı. İslahat hər bir idarənin qabağına iri plakat vurmaqdan ibarət oldu.
İcra hakimiyyətinin qarşısına
“Abedə çıxmayıb sizinçün çalışırıq”
Təzə çəkilən asfalt yola
“Asfalt yol qruntavoydan daha yaxşıdır”
Bankın qarşısında
“Sən borc vermə, bankdan kredit götürsün”
Məktəbin qarşısında
“Təhsil olmasa uşaqlar oxuyammaz”
Xəstəxananın qarşısında
“Həkimlər var deyə xəstələr azdır”
Stadionun qarşısında
“Qol vura bilmiriksə də qıç vura bilirik”
Quşçuluq fabrikinin qarşısında
Adambaşına düşən hinduşkaların sayına görə nəinki ölkədə, dünyada birinciyik.
Çayxananın qapısında
Qəhvə sözü apasnıdır deyə gəlin çay içək
Qəbristanlığın qarşısında
Ayağında krediti və borcu olanlar basdırılmr
Pullu ayaqyolunun qapısına
“Bizdə özünəxidmətdir”
Ədəbiyyat və incəsənət”
(16.07.2024)