GÜLÜŞ KLUBUnda qarğalar Featured

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Biz bigünümüzlə dünənimiz arasında dava salmaqla sabahımızı itiririk.

 

2.

Qarğalar aşağıdan uçurlar. Demək, benzin yenə bahalaşacaq.

 

3.

Reklam:

ƏLƏMDAR tibb mərkəzi ölkədə nömrə birdir. Bütün pasientlər ordan gedəndən sonra yenə, yenə qayıdırlar.

 

4.

-Nəynən yatırsan? 

-Mən dendroloji parkda çəyirtkə öldürmüşəm, onçun tutdular. 

-Vay-vay. Sənin srokun ağırdır ki. Mən heç zad, büdcədən 4 milyon oğurlamışam, məndə yüngüldür.

 

5.

Skaypı yəhudilər kəşf ediblər. Evinə qonaq gətirirsən, amma yemək-içmək verməyə ehtiyac yoxdur.

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.