GÜLÜŞ KLUBUnda Taliban və ABŞ Featured

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Əgər özünüzü faydasız hiss edirsinizsə onda yadınızda saxlayın: ABŞ-a 4 prezident, minlərlə insan ömrü, trillion dollar və 20 il lazım gəldi ki, Əfqanıstanda Talibanı Talibanla dəyişdirsin.

 

2.

Moskvada bir ofisdə çalışan rus, azərbaycanlı və yəhudi bazar günü bağa gedib dincəlməyi planlaşdırırlar. 

Rus deyir:

-Mən araq gətirəcəm.

Azərbaycanlı deyir:

-Mən kabab gətirəcəm.

Yəhudi deyir:

-Mən də qardaşımı gətirəcəm. 

 

3

Ancelina Coli uşaqlıqda arzulayırdı ki, tikintidə qaldırıcı kranda maşinist işləsin. Görün bir, Hollivud xanımların zərif arzularını necə gözlərində qoyur. 

 

4.

Arıqlamaq üçün kişilər qantel alırlar, qadınlarsa tərəzi.

 

5.

Müasir qarğış:

Yüz ölç, bir biç.

Yenə də ən pisini seç. 

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.