Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Futbolçu Belamor Daşdəmirov qırmızı vərəqə aldı. Ondan bunun səbəbini soruşanda belə izah etdi:
-Mən folkloru çox sevirəm və dərin bilicisiyəm. Folklora görə çox fit çalan adam kasıb qalar. Mən hakimə bunu xatırlatdım, o da qırmızı vərəqə göstərdi.
2.
Elan:
Diqqət! İki işıqlı gələcəyi bir işıqlı bugünə dəyişirəm.
3.
Bütün kiloqramlıq qabıaşdırmaları 900 qram, yarımkiloluqları 450 qram edənlər həmin o şəxslərdir ki, sovetin də vaxtında tərəzilərə maqnit yapışdırıb çəkidə aldadırdılar. İntəhası, o vaxtlar bunu görə adamlar həbs edilirdi, indisə azad bazardır.
4.
Biz bu zenbuddizm barədə nə bilirik? Heç nə. Heç bu heç nəyi də tam bilmirik.
5.
Məni almaq çətin, itirmək asandır, istifadəm isə mümkünsüzdür.
(Ali təhsil barədə diplomun xarakteristikası)
6
1985-ci ildə Gədəbəyin Cicimli kəndində yaşayan İltifat Hümbətovun tut arağı çəkın aparatı müsadirə olundu.
2024-cü ildə İltifat kişi öz aparatını Bakıdakı “Modernləçdirilmə və nanotexnologiyalar” sərgisində gördü.
“Ədəbiyyat və incəsənət”
(09.07.2024)