“Ədəbiyyat və incəsənət” portalı sizlər üçün Xeyrəddin Qocanın miniatür hekayələrinin təqdimini davam etdirir.
Dolanmaq olmur
Xeyrəddin Qoca diplomat tanışına zəng vurur, soruşur ki, "haradasan, gəl, görüşək". O da cavab verir ki, "işdən çıxıb bir-iki yas yerinə dəyəcəyəm..."
X.Qoca onun sözünü kəsir:
-Hə, yaxşı peşə tapmısan, pis deyil. İşdən sonra mollalıq edirsən. Dolanmaq olar...
"Sən də onlara qarış..."
Bir gün yazıçılardan biri Xeyrəddin Qocanın qarabuğdayı olduğuna işarə edərək deyir:
-Sən get Mozambikə səfir, gördün ara qarışdı, məzhəb itdi, sən də onlara qarış, it...
Ədəbiyyat və incəsənət”
(02.07.2024)